Ölkə

Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO

9 Noyabr 2025 13:26
Baxış: 528
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.

Belə ki, dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 

Qeyd edilir ki, bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "Foton" MMC-yə məxsusdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.