İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? - Ödəməsələr cəriməsi var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
Milli.Az xəbər verir ki, onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Bu zaman isə sual yaranır. Əgər vətəndaş işləmirsə, bu məbləği necə ödəyəcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Milli.Az-a açıqlamasında bildirib ki, bütün hallarda işləməyən vətəndaşlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır.
Onun sözlərinə görə, bir insan işləmirsə, ondan sığorta və ya digər ödənişləri tələb etmək məntiqsizdir.
Deputat qeyd edib ki, cərimə məsələsi də bu baxımdan yenidən düşünülməlidir:
"Ola bilsin ki, sığorta sistemi daxilində müəyyən imkanlar var, amma istənilən halda məntiqli yanaşma ondan ibarətdir ki, işsiz əhali üçün sığorta daha çox sosial dəstək xarakteri daşıyır".
F.Mustafa əlavə edib ki, əgər insan ödəniş edə bilmirsə və buna görə sığortadan istifadə hüququndan məhrum ediləcəksə, bu, həmin vətəndaşın sistemdən kənar qoyulmasıdır:
"Dəyişiklik müzakirə olunmalı məsələdir. Bunun ictimai müzakirəyə ehtiyacı var. Çünki biz bütün aztəminatlı insanları diqqətdən kənar saxlaya bilmərik".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bu küçə gecə saatlarında bağlanacaq - Sürücülərin diqqətinə
-
Məktəblərdə direktor müavinləri vəzifələri üzrə işə qəbul başlayıb
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
XƏBƏR LENTİ
-
Rusiyada mühüm obyektlərə dövlət nəzarəti gücləndiriləcək
-
İran tamamilə çökür
-
Bakıda bu küçə gecə saatlarında bağlanacaq - Sürücülərin diqqətinə
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
-
Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb - (Video)
-
Suriyanın Palmira bölgəsində partlayış: Ölən və yaralananlar var
-
Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
-
Sabunçuda köhnə aptek bazasında meyit aşkarlandı
-
Ermənistanda daha bir hərbçi intihar edib
-
Məktəblərdə direktor müavinləri vəzifələri üzrə işə qəbul başlayıb
-
DİN-dən narkotik əməliyyatı: 6 nəfər saxlanılıb - (Video)
-
Rusiya Ukraynada 3 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı
-
Bakı metrosunda interval azalacaq? - Rəsmi
-
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib





