İdman

“Qarabağ” Azərbaycan derbisində qələbə qazandı

9 Noyabr 2025 20:40
Baxış: 1 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasının XI turunda keçirilən Azərbaycan derbisində "Qarabağ" öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Milli.Az-ın məlumatına görə Ağdam klubu üçün qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurub.

Bu nəticədən sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin lideri olaraq qalır, "Neftçi" isə 15 xalla yeddinci pillədə qərarlaşıb.

Tur çərçivəsində digər qarşılaşmalarda isə "Şamaxı" "İmişli"ni 1:0, "Sumqayıt" "Qəbələ"ni 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Zirə" və "Turan Tovuz" arasında görüşdə isə qalib müəyyənləşməyib - 0:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.