İdman

Sərt qərar: 2 futbolçu ömürlük diskvalifikasiya edildi

10 Mart 2026 17:16
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin MLS futbol liqası iki futbolçunu ömürlük diskvalifikasiya edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, raşdırma zamanı müəyyən olunub ki, Derrik Cons və Yav Yeboa vasitəçilərdən istifadə edərək öz komandalarının iştirak etdiyi oyunlara mərc ediblər.

Bundan başqa, futbolçular tanışlarına konkret matçlarda sarı vərəqə alacaqları barədə əvvəlcədən məlumat veriblər. Onlar meydançaya çıxaraq qəsdən qaydaları pozublar və nəticədə hakim tərəfindən xəbərdarlıq alıblar.

Bildirilir ki, bu hadisələr 2024-2025-ci illər ərzində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.