ABŞ-nin MLS futbol liqası iki futbolçunu ömürlük diskvalifikasiya edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, raşdırma zamanı müəyyən olunub ki, Derrik Cons və Yav Yeboa vasitəçilərdən istifadə edərək öz komandalarının iştirak etdiyi oyunlara mərc ediblər.
Bundan başqa, futbolçular tanışlarına konkret matçlarda sarı vərəqə alacaqları barədə əvvəlcədən məlumat veriblər. Onlar meydançaya çıxaraq qəsdən qaydaları pozublar və nəticədə hakim tərəfindən xəbərdarlıq alıblar.
Bildirilir ki, bu hadisələr 2024-2025-ci illər ərzində baş verib.
Milli.Az