Dünya

İranın BƏƏ-yə hücumu zamanı Azərbaycan vətəndaşları xəsarət alıb - rəsmi

10 Mart 2026 19:10
Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Birləşmiş Ərəb Əmirliklərinə hücumu zamanı Azərbaycan vətəndaşları da xəsarət alıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunur ki, martın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İran ərazisindən doqquz ballistik raket və 35 PUA atıldığını aşkar edib.

"Ballistik raketlərdən səkkizi məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, 35 PUA buraxılışı aşkar edilib, onlardan 26-sı ələ keçirilib, doqquzu isə BƏƏ ərazisinə düşüb", - deyə nazirlikdən bildirilib.

Məlumata görə, eskalasiyanın başlanğıcından bəri İran BƏƏ istiqamətinə 262 ballistik raket və 1475 PUA atıb:

"Hücumlar nəticəsində altı nəfər - BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olub, 122 nəfər isə orta və yüngül xəsarət alıblar. Xəsarət alanlar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya və Fələstin vətəndaşları var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.