“Azərbaycan Rəqs Çempionatı”nın GRAND PRİX sahibi bəlli oldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərhədçi İdman Kompleksində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə bir müsabiqə daha-"Azərbaycan Rəqs Çempionatı 2025" uğurla həyata keçirilib.
Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1000-dən çox iştitrakçı qatılıb.
Azərbayaycan Rəqs Çempionatı 2025 müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Gimnastik\Akrobatik rəqs, Cheer dance, Estrada çıxışı, Para Dance, K-pop, Break dance, Hip-hop show, Show dance, Modern\Klassik, Bal rəqsinin stilizasiyası, Bollywood, Dünya Xalq Rəqsləri, Folklor Stilizasiyası, Folklor show növləri üzrə bir neçə hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.
Hər hissədə öz ixtisasında peşəkar olan, "Azərbaycan Rəqs Assosiasiyası"nın lisenziyalı 11 nəfərlik münsiflər heyətinin ədalətli dəyərləndirməsi nəticəsində iştirakçıların çıxışları qiymətləndirilib. İlk hissədə Günel Qasımlı, Nigar Əliyeva, Natəvan Əliyeva, ikinci hissədə Ətir İbrahimova, Lalə Hacıyeva, Dilarə Mürsəlova, Zəvvar Kərimov və Aslan Neymətov, üçüncü hissədə isə Cabir Rzayev, Ülviyyə Həsənova, Fərid İbrahimov münsif qismində əyləşiblər.
İllərdir, təşkil olunan bu uğurlu layihələrin rəhbəri olan "Azərbaycan Rəqs Assosasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə vurğulayıb: Məqsədimiz rəqs incəsənəti üzrə çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. İnanıram ki, bütün uşaqlar istedadlıdır və biz onlara yalnız özlərini ifadə etmək imkanı veririk. Keçiriləcək bu və digər bütün müsabiqələrdə yarışan hər bir iştirakçılara uğurlar diləyirəm".
Mükafatlandırmada "Azərbaycan Gənclər İttifaqı"nın sədri Zakir Əliyev isə qaliblərin mükafatını təqdim edib və bildirib: "Bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm. Onlar bizim gələcəyimizdir və əminəm ki, ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".
Qeyd etmək lazımdır ki, müsabiqədə ən çox qalibiyyəti "Qaval", "Ümid" və "Gracia" rəqs ansamblları əldə edib, müsabiqənin sonuna qədər böyük rəqabət davam edib. Sonda isə 8 fərqli nominasiya üzrə qalibiyyətlə bədii rəhbəri Nigar Əliyeva olan "Gracia" rəqs ansamblı Grand Prix sahibi olub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir





