Ölkə

Bakıda taksi sürücülərindən iyrənc hərəkət - Biri çay, biri ev təklif etdi - VİDEO

21 İyun 2025 13:12
Baxış: 2 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

Milli.Az xəbər verir ki. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirib ki, bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla "Toyota" markalı 90-YL-396, "Mercedes" markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir.

Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya "102" Zəng Mərkəzinə məlumat versinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.