İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Masallı rayonu ərazisində yerləşən "Alvadı" qazpaylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvidir.
Bununla bağlı iyunun 23-də saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Milli.Az