Mədəniyyət

Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib - FOTOlar

13 Fevral 2025 15:50
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan konsert keçirilib.

Gecədə dirijor Murtuza Bülbülün rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Samir Cəfərov (tenor), Əməkdar artisti Ramil Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük Britaniya) dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda Azərbaycan xalq mahnıları "Bəri bax", "Qara tellər",  "Xumar oldum", "Noleydi" (səs və simfonik orkestr üçün işləyəni P.Bülbüloğlu), Polad Bülbüloğlunun "Konsert valsı", "Məhəbbət və Ölüm" baletindən süita ("Meydanda bayram", "Ölüm dairəsi", "Yaralı əsgərin gəlişi", "Qara Məlikin faciəsi", "Final"), simfonik rəqslər ("Qızların rəqsi", "Şərq rəqsi", "Yallı" - ilk ifa), violin və simfonik orkestr üçün konsert ("Agitato", "Allegro", "Lento", "Vivo") və "Rapsodiya" əsərləri səsləndirilib.

Yubilyar bəstəkarın da izlədiyi konsert proqramı alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.