“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Babamın heykəli çox gözəldir. Olduqca dinamikdir, heykəldə hayqırtı, çağırış var. Ələsgər dünyasından halı olanlar bilər ki, orada saz niyə o cür dayanıb?! Bunu bilən də, bilməyən də danışır. Əlbəttə ki, çox səhv edirlər. Belə fikirləri bildirmək doğru deyil. Başqa cür də olsaydı deyəcəkdilər ki, bu nədir? Nəyə oxşayır? Bu məsələni sosial şəbəkələrdə müzakirə etmək doğru deyil. Ayıbdır"
Milli.Az bildirir ki, bunu moderator.az -a açıqlamasında Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli deyib.
O daha sonra əlavə edib.
"Heykəl qoyulub, bunu cənab prezidentimiz bəyənib. Başqa söhbət nəyə lazımdır ki? Aşıq Ələsgər nəslinin şəcərəsini daşıyan bir şəxs, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri kimi bu heykəli mən bəyənmişəm. Kim nə deyirsə özü bilər. Buna əlavə don geyindirmək doğru deyil. Çoxu deyir ki, aşıq Ələsgər el ozanıdır, o oturaq formada gərək olaydı. O Göyçədə, Ağkilsə kəndində qəbirüstü abidəsində ola bilər. Burada ayaq üstədir. Ələsgər həmişə yaşlı olmayıb ki.. Onun cavan vaxtı da olub. Heykəltəraş onu göstərib ki, Dədə Ələsgər sanki sazı əlində tutub Allahla təmasa girir. Saz bir anlıq şah məqama qalxıb. Orada düşüncələr var, fəlsəfə var. Ələsgər tək aşıq olmayıb axı. İstəyən deyir ki, heykəl yaxşıdır, istəməyən deyir ki, pisdir. Danışanların 90 faizi gedib heç heykəli görməyiblər. Gedin bir heykəli yaxından görün. Görün orada nələr var. Qaya üzərində orada gözəl bir əsər var. Heykəltəraş bu heykələ can qoyub, 3 ildir işləyir. Ayıb deyilmi ona qarşı bu cür fikirlər irəli sürürlər?" deyə Aşıq Ələsgərin nəticəsi deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə





