İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk "Milli Geyimlər Günü" festivalı çərçivəsində Bakının qədimhissəsi - İçərişəhərdə, Şirvanşahlar Sarayının qarşısındatanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıqüzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyasınınnümayişi keçirilib.
Nümayiş dizaynerin daha əvvəl beynəlxalq platformalardatəqdim etdiyi müxtəlif kolleksiyalardan seçilmiş milli obrazlarınözünəməxsus kaleidoskopu olub. Qədim sarayın məkanındaənənəvi geyim bu dəfə muzey eksponatı kimi deyil, gözəllik, forma və simvollar dili ilə müasir tamaşaçıya müraciət edəncanlı mədəniyyət nümunəsi kimi təqdim olunub.
Gülnarə Xəlilovanın adı uzun illərdir Azərbaycan milligeyimlərinin yaradılması və təbliği ilə sıx bağlıdır. Dizayner özişlərində tarixi nümunələrə, ənənəvi texnika və ornamentlərə müraciət edərək onları müasir üslubda yenidən təqdim edir.
Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Türkmənistan, ŞimaliKipr Türk Respublikası və digər ölkələrdə beynəlxalqplatformalarda uğurla nümayiş etdirilib.
Dizaynerin sözlərinə görə, Azərbaycan xalqının millidəyərlərinin, mədəniyyətinin, incəsənətinin və qədim irsinintəbliği müasir dövrün mühüm vəzifələrindən biridir.
"Azərbaycan milli geyimi bizim qürur mənbəyimizdir. O, xalqınmədəniyyətini əks etdirir, ölkənin tarixi ilə sıx bağlıdır və müxtəlif şəhər və bölgələrimizin sakinlərinin xüsusiyyətləriniözündə aydın şəkildə nümayiş etdirir", - deyə Gülnarə Xəlilovabildirib.
O, Azərbaycanda Milli Geyimlər Gününün təsis edilməsiideyasını hələ 2006-cı ildə irəli sürdüyünü xatırladıb.
"Biz getdikcə öz köklərimizə, başlanğıclarımıza qayıdırıq. Bu, çox sevindiricidir və göstərir ki, artıq Azərbaycan MilliGeyimlər Gününün təsis edilməsinin vaxtıdır. Təşkil etdiyimdəfilələrdə hər zaman bir əsas devizlə çıxış edirəm - hər birevdə azı bir dəst milli geyim olmalıdır", - deyə dizayner qeydedib.
Onun sözlərinə görə, evdə saxlanılan belə bir milli geyim uşağınöz xalqının tarixi və mədəniyyəti ilə tanışlığı üçün ilkaddımlardan biri ola bilər.
"Bu evdə böyüyən uşaq mütləq maraqlanacaq: bu geyim nədir, haradandır və necə yaranıb? Valideynləri də ona bu barədə məlumat verəcəklər. Beləliklə, uşaqlara hələ kiçik yaşlarındanmilli köklərimiz, dəyərlərimiz və mədəni kodlarımız aşılanacaq. Onlar öz tarixlərini daha yaxşı anlamağa və öyrənməyə başlayacaqlar", - deyə Gülnarə Xəlilova vurğulayıb.
Onun fikrincə, milli geyimin əsas missiyalarından biri də məhzbudur - keçmiş haqqında yaddaşı qorumaqla yanaşı, onunəsildən-nəslə ötürmək.
İçərişəhərdə keçirilən nümayiş tarixi irsin müasir məkanda necə yaşadılmasının daha bir nümunəsi olub. Şirvanşahlar Sarayınınqədim divarları fonunda təqdim olunan Gülnarə Xəlilovanınmilli geyim nümunələri bir daha göstərib ki, ənənə yalnızmuzeylərdə və kitablarda qorunmur - onu geyinəndə, öyrənəndə və gələcək nəsillərə ötürəndə yaşayır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb





