Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
"Dövlətlərin gücü təkcə iqtisadi və ya hərbi imkanları ilə deyil, ilk növbədə suverenliyini tam təmin etmək bacarığı ilə ölçülür."
Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
O, vurğulayıb ki, suverenlik xalqın öz taleyini müstəqil müəyyənləşdirməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində maneəsiz həyata keçirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməsi deməkdir. "Məhz bu baxımdan 20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi siyasi və hüquqi məna daşıyan əlamətdar tarixdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü onilliklər boyu davam edən mübarizənin məntiqi yekununu ifadə edir. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı bütün çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, dövlətçilik əzmini heç vaxt itirməmiş, ərazi bütövlüyünü və suverenliyini şəhidlərimizin qanı, qəhrəman əsgər və zabitlərimizin şücaəti hesabına bərpa etmişdir. Bu gün həmin nailiyyət milli sərvət kimi qiymətləndirilir."
Millət vəkili bildirib ki, otuz ilə yaxın davam edən işğal dövrü beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı, etnik təmizləmə siyasəti həyata keçirdi, yaşayış məntəqələrini dağıtdı, tarixi-mədəni irsi məhv etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunmaması göstərirdi ki, beynəlxalq mexanizmlər problemin həllində nəticə vermir. Buna baxmayaraq, dünya birliyi həmin əraziləri hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Qırx dörd gün ərzində işğal altındakı torpaqların böyük hissəsi azad edildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü ilə təmin etdi. Bu Zəfər dövlət suverenliyinin bərpasına aparan yolun ən mühüm mərhələsi idi. Sonrakı dövrdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri üzərində nəzarət hüququnu praktik şəkildə təmin etdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tam bərpa edildi. Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında qeyd olunduğu kimi, dövlət suverenliyinin tam bərpası Azərbaycanın gücünü və beynəlxalq hüququn üstünlüyünü bir daha nümayiş etdirdi. Bu gün ölkəmiz tam suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət Suverenliyi Günü isə təkcə tarixi hadisənin xatirəsi deyil, milli birliyin, güclü dövlətçiliyin və gələcək inkişaf strategiyasının rəmzidir."
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
XƏBƏR LENTİ
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)





