Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün biz istəsək belə, süni intellekt dövründə, sürət əsrində uşaqları telefonlardan və digər ağıllı cihazlardan tamamilə uzaq tuta bilmərik. Bəzi məsələlər var ki, burada insan amili deyil, dövrün və zamanın tələbləri öz diktəsini edir. Bu diktə yaşa baxmır. Uşağa da, orta yaşlı insana da, gəncə də, yaşlıya da eyni şəkildə təsir göstərir..."
Milli.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah" a təhsil eksperti Elmin Nuri uşaqların telefon aludəçiliyi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, müasir dövrdə texnologiya həyatın bütün sahələrinə təsir edir və bu təsirdən uşaqları tamamilə kənarda saxlamaq mümkün deyil:
"Məncə, məsələnin digər tərəfi valideynin uşağına qoyduğu düzgün qaydalar və intizamdan başlayır. Valideyn hər məsələdə uşağa "yox" deməməlidir. "Yox" dedikdə bunun izahını verməyi də bacarmalıdır. Eyni zamanda, valideyn bütün məsələlərdə uşağa "hə" də deməməlidir. Çünki hər məsələdə verilən "hə" də "yox" qədər mənfi təsir göstərə bilər.
Birinci halda, yəni uşağa hər məsələdə "yox" deyildikdə, uşaq özünü heç vaxt sərbəst ifadə edə bilməyəcək. İkinci halda isə, hər məsələyə "hə" deyildikdə, uşaq bütün hədləri və özünün qırmızı xətlərini keçə bilər. Nizam-intizam, qaydalar və müəyyən məhdudiyyətlər uşağa situasiyanı düzgün qiymətləndirməyi öyrədir.
O cümlədən, telefon və digər ağıllı cihazlardan istifadə zamanı düzgün məhdudiyyətlərin qoyulması uşaqlarda ekran asılılığına qarşı mübarizənin ilk və ən vacib addımlarından biridir.
Valideyn uşağa "yox" dedikdə və uşaq bu qadağanı düzgün qəbul etdikdə, həmin məhdudiyyət onun üçün faydalı ola bilər. Məsələn, dərslər zamanı telefon və ağıllı cihazlardan müəyyən məqsədlərlə istifadə etmək mümkündür. Amma telefonun istifadəsi konkret məhdudiyyətlər çərçivəsində təşkil olunarsa, uşaq həmin cihazdan daha səmərəli istifadə etməyi öyrənə bilər".
Ekspert telefon istifadəsinin psixoloji tərəfinə də toxunaraq maraqlı bir sınaq təklif edib.
"Burada psixoloji məqam da var. Təsəvvür edin ki, bizdən - istər sizdən, istər məndən telefon bütün gün ərzində alınır və yalnız bir və ya iki saatlıq geri verilir. Həmin bir-iki saat ərzində telefondan daha dolğun və məqsədyönlü istifadə etməyə çalışarıq. Amma bu gün vəziyyət belə deyil. Telefon 24 saat ərzində bizim əlimizdədir. Heç kim onu bizdən almır. Əksinə, biz hər zaman telefondan asılı vəziyyətdə olduğumuz kimi, telefon da bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Ona görə də əlimizdəki cihazın imkanlarını və ondan nə qədər istifadə etdiyimizi düzgün qiymətləndirə bilmirik. Məsələn, gəlin belə bir eksperiment aparaq: telefon və digər ağıllı cihazları bir kənara qoyaq və yalnız iki saat istifadə edək. Deyək ki, hər gün saat 15:00-dan 17:00-dək telefondan istifadə edirik. Özümüz üçün iki gün belə bir qayda müəyyən edək. Görəcəyik ki, həmin iki saat ərzində telefondan istifadə digər günlərlə müqayisədə daha səmərəli və məqsədyönlü olur.
Şagird də bu məhdudiyyəti görməli və yaşamalıdır. O, müəyyən müddət telefondan uzaq qalmağın nə verdiyini öz təcrübəsində hiss etməlidir. Yalnız bundan sonra həmin cihazdan daha düzgün və faydalı istifadə etməyi öyrənə bilər".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





