"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.
Milli.Az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra matç barədə fikirlərini bölüşüb:
"Milliyə yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla isə işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftə istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlaşacağıq və oyun-oyun irəliləyəcəyik.
Özümə gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrini gəzmək, yeni yerlər görmək və istirahət etmək istəyirəm. Son üç ayda, xüsusən Çempionlar Liqasının təsnifat mərhələlərini və mövsümün startını nəzərə alsaq, qrafikimiz çox gərgin olub. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, ən yüksək balı verərdim. Yalnız "Mançester Yunayted"lə oyunda bir qədər daha yaxşı çıxış edə bilərdik.
Milli fasilədən sonra əvvəlcə "Neftçi", ardından "Slaviya" və "Qəbələ" ilə oynayacağıq. Daha sonra isə Dortmund "Borussiya"sı və "Qarabağ"la qarşılaşacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsinizsə, bu ritmə davam gətirməlisiniz. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu maneələri dəf etməli və inkişaf etməliyik". (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi





