Hadisə

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb

19 Sentyabr 2026 20:55
Baxış: 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.