Terim Osimhen, İkardi və Leao görün nə düşünür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qalatasaray"ın əfsanəvi baş məşqçisi Fateh Terim komandanın ulduz futbolçuları Viktor Osimhen, Mauro İkardi və Rafael Leao haqqında fikirlərini bölüşüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Terim "Qalatasaray"ın heyətini yüksək qiymətləndirərək Osimheni dünyanın ən yaxşı hücumçuları sırasında göstərib. O, nigeriyalı forvardın fiziki gücü, elastikliyi və qol vurmaq bacarığı ilə fərqləndiyini bildirib.
"Osimhen dünyanın ən yaxşıları arasındadır. Mən onun daha yuxarıda olmalı olduğunu düşünürəm. O, dünyanın ən yaxşı 9 nömrələri arasındadır. Bu boya və fizikaya baxmayaraq, röveşata ilə qol vurması onun nə qədər fərqli futbolçu olduğunu göstərir. Uzun addımları ilə rəqibdən əvvəl topa çatır", - deyə Terim qeyd edib.
Təcrübəli mütəxəssis Osimhenin mübarizə gücünə və qolçuluq xüsusiyyətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, nigeriyalı hücumçu ən gözlənilməz vəziyyətlərdə belə qol vura bilir.
Terim Mauro İkardi barədə də yüksək fikirlər səsləndirib. O, argentinalı futbolçunun yalnız məhsuldar hücumçu olmadığını, həm də oyun zəkası və texniki imkanları ilə komanda yoldaşlarına fürsətlər yaratdığını vurğulayıb.
"Mauro İkardi... Onun haqqında danışmağa ehtiyac varmı? Bu qədər ağıllı, texnikası və keyfiyyəti yüksək olan hücumçu hər kəsin arzusudur. Qolçuluq ayrı xüsusiyyətdir, amma o, həm də futbolçudur. Özü də daxil olmaqla hər kəsə qol vəziyyəti hazırlayan oyunçudur", - deyə Terim vurğulayıb.
"Qalatasaray"ın yeni transferlərindən Rafael Leao haqqında danışan Terim isə portuqaliyalı vingerin sürətini və fərdi bacarığını xüsusi qeyd edib:
"Rafael Leaonun möhtəşəm çevikliyi və sürəti var. Rəqibini keçə bilir, güclüdür. Mənim komandamda olsaydı, yaxşı və ya pis oynamasından asılı olmayaraq, daim meydana buraxacağım futbolçulardan biri olardı".
Fateh Terim həmçinin "Qalatasaray"ın heyətində Lukas Torreyra, Letoroy Sane, Mario Lemina, Abdulkərim Bardakçı və Davinson Sançes kimi futbolçuların olduğunu, qapıçı Uğurcan Çakırın da Avropa səviyyəsində transfer olduğunu vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
XƏBƏR LENTİ
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti





