Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub.
Milli.Az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınması məqsədilə 80 min ABŞ dolları məbləğində avans ödənişi edib.
Müqavilə və invoys əsasında həyata keçirilən ödənişdən sonra iki il ərzində həmin vəsait hesabına alınan malların Azərbaycana idxalı həyata keçirilməyib. Eyni zamanda, 80 min ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmayıb.
Məsələ ilə bağlı Mərkəzi Bank tərəfindən "Terminal Consultinq" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmə şirkətin nümayəndəsinin iclasa gəlməməsinə baxmayaraq işə onun iştirakı olmadan baxıb.
Qərarda qeyd olunub ki, İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə mallar idxal edilmədikdə və ya ödənilmiş vəsait geri qaytarılmadıqda, hüquqi şəxslər həmin valyuta vəsaitinin 20-30 faizi məbləğində cərimə edilə bilər.
Məhkəmə "Terminal Consultinq" MMC-ni təqsirli bilib və şirkətə 80 min ABŞ dollarının 20 faizi, yəni 16 min ABŞ dolları məbləğində cərimə tətbiq edib.
Qərara əsasən, cərimə ödəniş gününə qüvvədə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə hesablanacaq.
Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Mehdiyev Rəhim oğludur. MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 4 005 706,76 manat vergi borcu var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib





