Asiyanın ən varlı insanı odur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"TikTok"un əsas şirkəti "ByteDance"ın qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı insanı olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bloomberg"in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub.
"ByteDance"ın təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti "BlackRock" və "Fidelity"nin şirkətə dair yeni qiymətləndirmələrindən sonra təkcə bu ay 12 milyard dollar artıb.
"Bloomberg" onun sərvətini izləməyə başladığı 2019-cu ildə Çjan İminqin 13 milyard dollar sərvəti olub. Beləliklə, sahibkar yeddi il ərzində aktivlərini təxminən səkkiz dəfə artırıb.
"ByteDance"ın "TikTok" və "Douyin" kimi məşhur platformalarından əldə etdiyi məlumatlardan süni intellekt modellərinin hazırlanmasında istifadə etdiyi və bu sahəyə ciddi investisiyalar yatırdığı bildirilir.
ABŞ-də tətbiq olunan giriş məhdudiyyətləri və tənzimləyici maneələrə baxmayaraq, şirkət süni intellekt sahəsində investisiyalarını davam etdirib.
Süni intellekt texnologiyasındakı sürətli inkişaf qlobal milyarderlər siyahısında da dəyişikliklərə səbəb olur.
"Dell Technologies" şirkətinin qurucusu Maykl Dell süni intellekt yönümlü serverlərdən əldə olunan gəlirlərin təsiri ilə sərvətini 262 milyard dollara çatdıraraq dünyanın beşinci ən varlı insanı olub.
"Google"un həmtəsisçisi Larri Peyc isə ötən il süni intellekt modeli "Gemini 3"ün elan edilməsindən sonra sərvətini 252 milyard dollara çatdıraraq Ceff Bezosu geridə qoyub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
XƏBƏR LENTİ
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)





