Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyadakı "Apple" mağazalarının əməkdaşları kadr çatışmazlığı və iş yükünün artması səbəbindən sentyabrın 18-də tam iş növbəsini əhatə edən ümummilli tətil keçiriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aksiyanı "Fisascat CISL" və "Uiltucs" həmkarlar ittifaqları ilə birgə təşkil edən İtaliya Ticarət, Turizm və Xidmət İşçiləri Federasiyası ("Filcams CGIL") məlumat yayıb.
Etiraz aksiyaları ölkənin böyük şəhərlərindəki mağazaların, o cümlədən Milanın Liberti meydanında və Romanın Via del Corso küçəsində yerləşən əsas mağazaların qarşısında keçirilib.
Həmkarlar ittifaqları işə qəbul prosesinin sürətləndirilməsini, müvəqqəti işçilərin bir hissəsinin daimi müqaviləyə keçirilməsini və natamam iş günü çalışanlara öz istəkləri ilə iş saatlarını artırmaq imkanının yaradılmasını təklif edirlər.
"Filcams CGIL" tərəfindən verilən açıqlamada bildirilib:
"Mağaza əməkdaşları artıq uzun müddətdir ki, gərginlik şəraitində işləyirlər və bu vəziyyəti daha da ağırlaşdırmaq olmaz. Biz mövcud təşkilati problemlərin həlli üçün konkret addımlar təklif etdik, lakin hələlik müvafiq cavab almamışıq".
Həmkarlar ittifaqı qeyd edib ki, "Apple" gəlirlərini və satışlarını artırmağa davam edir, şirkətin qlobal bazar dəyəri isə 5 trilyon dollara yaxınlaşır.
Təşkilatın mövqeyinə görə, şirkət məhsuldarlığın artımına işçilərin əmək şəraitini pisləşdirmək hesabına nail olmamalı və mağazalarda müştərilərə xidmət göstərən personalın tələblərinə cavab verməlidir.
Qeyd edək ki, "Apple" sentyabrın 9-da "iPhone 18 Pro" və "Pro Max" modellərini nümayiş etdirib. Yeni cihazlar üçün ABŞ-də ilkin sifarişlər sentyabrın 11-də başlayıb, sentyabrın 18-dən isə 65-dən çox ölkədə rəsmi satışlara start verilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





