"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə" "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
"Futbolçularıma əzmkar oyunlarına görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm".
- Oyunun sonunda nə baş verdi?
- Ciddi bir şey yox idi.
- Sanki sizi təxribata çəkməyə çalışırdılar...
- Ola bilər.
- Amin Seydiyevin etdiyi qayda pozuntusuna görə ona irad bildirəcəksiniz?
- Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar legioner məşqçilərin hakimlərə təzyiq göstərməsi dəb halını alıb. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox hakim səhvi "Zirə"nin əleyhinə olub.
- Bu gün "Zirə" uduzdu, yoxsa uduzduruldu?
- Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar.
- "Zirə" bu gün hücumda aktiv görünmürdü. Bunun səbəbi nə idi?
- "Turan Tovuz"a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Onlar bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi "Turan Tovuz"un oyun fəlsəfəsi idi.
- Həm azarkeşlər, həm də rəqib futbolçular tərəfindən "Zirə"yə qarşı aqressiya var idi. Bu, "Turan Tovuz"un əvəzinə avrokuboklara "Zirə"nin getməsi ilə bağlı ola bilər?
- Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşləri deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkdirmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya "Azersun Arena"da "Turan Tovuz"a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm, "Turan Tovuz"da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
XƏBƏR LENTİ
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir





