İdman

Berdiyevdən Sadıqovun hakim iradına reaksiya

19 Sentyabr 2026 21:09
Baxış: 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Turan Tovuz" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik".

Berdiyev hakimlərin sərt oyuna imkan verməsi ilə bağlı suala da cavab verib. O, hər iki komandaya eyni yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb:

"Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, normaldır".

Baş məşqçi "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun aut epizodu ilə bağlı fikirlərinə də münasibət bildirib. Berdiyev diqqətin ayrı-ayrı epizodlara yox, bütövlükdə oyuna yönəldilməsinin tərəfdarı olduğunu deyib:

"Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin oyun haqda danışaq".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.