Şou-biznes

“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun

20 Sentyabr 2026 00:25
Baxış: 71
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hollivud ulduzu Şeron Stoun illər əvvəl başına gələn xoşagəlməz hadisəni xatırlayıb.

Milli.Az xəbər verir ki, aktrisa 1980-ci illərdə serial çəkilişləri zamanı alt paltarlarının satışa çıxarıldığını bildirib.

"Çölə çıxdım və gördüm ki, alt paltarlarım və büstqalterlərim açılıb plastik masanın üzərinə qoyulub və satılır. Çox utandım. Bu, qadın üçün dəhşətli dərəcədə alçaldıcı idi" deyə, Şeron Stoun "Variety"ə açıqlamasında söyləyib.

Aktrisa bu hadisədən sonra müqavilələrinə çəkilişlərdən sonra şəxsi geyimlərini özü ilə aparmaq hüququnun daxil edilməsini tələb edib. Əvvəlcə onun bu istəyinə təəccüblə yanaşılıb, hətta onu "kolleksiyaçı" adlandıranlar da olub.

Stoun bu məsələdə mövqeyindən geri çəkilməyib. O, müqavilənin hazırlanmasında həmkarı, mərhum aktrisa Kerri Fişerin ona kömək etdiyini qeyd edib. Fişer isə bu təcrübəni anası Debbi Reynoldsdan öyrənib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.