İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)

20 Sentyabr 2026 14:36

İlk "Milli Geyimlər Günü" festivalı çərçivəsində Bakının qədimhissəsi - İçərişəhərdə, Şirvanşahlar Sarayının qarşısındatanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıqüzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyasınınnümayişi keçirilib.

Nümayiş dizaynerin daha əvvəl beynəlxalq platformalardatəqdim etdiyi müxtəlif kolleksiyalardan seçilmiş milli obrazlarınözünəməxsus kaleidoskopu olub. Qədim sarayın məkanındaənənəvi geyim bu dəfə muzey eksponatı kimi deyil, gözəllik, forma və simvollar dili ilə müasir tamaşaçıya müraciət edəncanlı mədəniyyət nümunəsi kimi təqdim olunub.

Gülnarə Xəlilovanın adı uzun illərdir Azərbaycan milligeyimlərinin yaradılması və təbliği ilə sıx bağlıdır. Dizayner özişlərində tarixi nümunələrə, ənənəvi texnika və ornamentlərə müraciət edərək onları müasir üslubda yenidən təqdim edir.

Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Türkmənistan, ŞimaliKipr Türk Respublikası və digər ölkələrdə beynəlxalqplatformalarda uğurla nümayiş etdirilib.

Dizaynerin sözlərinə görə, Azərbaycan xalqının millidəyərlərinin, mədəniyyətinin, incəsənətinin və qədim irsinintəbliği müasir dövrün mühüm vəzifələrindən biridir.

"Azərbaycan milli geyimi bizim qürur mənbəyimizdir. O, xalqınmədəniyyətini əks etdirir, ölkənin tarixi ilə sıx bağlıdır və müxtəlif şəhər və bölgələrimizin sakinlərinin xüsusiyyətləriniözündə aydın şəkildə nümayiş etdirir", - deyə Gülnarə Xəlilovabildirib.

O, Azərbaycanda Milli Geyimlər Gününün təsis edilməsiideyasını hələ 2006-cı ildə irəli sürdüyünü xatırladıb.

"Biz getdikcə öz köklərimizə, başlanğıclarımıza qayıdırıq. Bu, çox sevindiricidir və göstərir ki, artıq Azərbaycan MilliGeyimlər Gününün təsis edilməsinin vaxtıdır. Təşkil etdiyimdəfilələrdə hər zaman bir əsas devizlə çıxış edirəm - hər birevdə azı bir dəst milli geyim olmalıdır", - deyə dizayner qeydedib.

Onun sözlərinə görə, evdə saxlanılan belə bir milli geyim uşağınöz xalqının tarixi və mədəniyyəti ilə tanışlığı üçün ilkaddımlardan biri ola bilər.

"Bu evdə böyüyən uşaq mütləq maraqlanacaq: bu geyim nədir, haradandır və necə yaranıb? Valideynləri də ona bu barədə məlumat verəcəklər. Beləliklə, uşaqlara hələ kiçik yaşlarındanmilli köklərimiz, dəyərlərimiz və mədəni kodlarımız aşılanacaq. Onlar öz tarixlərini daha yaxşı anlamağa və öyrənməyə başlayacaqlar", - deyə Gülnarə Xəlilova vurğulayıb.

Onun fikrincə, milli geyimin əsas missiyalarından biri də məhzbudur - keçmiş haqqında yaddaşı qorumaqla yanaşı, onunəsildən-nəslə ötürmək.

İçərişəhərdə keçirilən nümayiş tarixi irsin müasir məkanda necə yaşadılmasının daha bir nümunəsi olub. Şirvanşahlar Sarayınınqədim divarları fonunda təqdim olunan Gülnarə Xəlilovanınmilli geyim nümunələri bir daha göstərib ki, ənənə yalnızmuzeylərdə və kitablarda qorunmur - onu geyinəndə, öyrənəndə və gələcək nəsillərə ötürəndə yaşayır.