"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Cənab Prezident Aşıq Ələsgərin heykəlinə müsbət rəy verdi. Bu, çox vacib məsələlərdən biridir. İnsanların heykələ reaksiyalarına diqqət edirəm, çox xoşdur ki, işə dəyər verirlər".
Milli.Az xəbər verir ki, bu sözləri teleqraf.com-a bu gün açılışı olan Aşıq Ələsgərin abidəsinin müəllifi xalq rəssamı Natiq Əliyev deyib.
"Dövlət başçısının, açılışda iştirk edən hörmətli qonaqların müsbət fikirləri bir müəllif kimi mənim üçün çox dəyərli idi. Kompozisiyanı Aşıq Ələsgərin nəticəsi də bəyəndi", - bildirib.
Natiq Əliyev heykəlin boyu ilə bağlı iradlarla razılaşmayıb: "Aşıq Ələsgər hündürboy, nəhəng insanmış - hardasa boyu 2 metrdən artıq olub. Abidə hazırlanarkən bu, nəzərə alınıb. Qaya və saz da daxil olmaqla abidənin ümumi hündürlüyü 4 metrdir. Heykəli görən yaxınları dedilər ki, təsəvvür etdiyimiz kimidir..."
Aşıq Ələsgərin sazı sinəsində yox, havada tutulmasına gəlincə, heykəl müəllifi bunu belə əsaslandırıb: "Burada bir neçə məqam var. Birincisi, Aşıq Ələsgərə yalnız aşıq kimi baxmamalıyıq, ona həm də filosof-şair kimi yanaşmalıyıq. Aşıq Ələsgərin bədii dilini indi də rahatca anlayırıq. Onu tək aşıq kimi götürməyək, ona dar çərçivədə baxmayaq, bu mənada aşıq öz sözünü demək üçün sazı o cür tutub hayqırır...
Hesab edirəm ki, gələcəkdə Aşıq Ələsgərin abidəsini öz vətənində, qəbri üzərində bərpa etməliyik. Onun ifa və yaşam tərzi sazla bağlıdı. Sıravi bir aşıq deyil ki... Heykəldə aşıq sazı başı üzərinə qaldırıb çağırış edir.
Kompozisiyada Aşıq Ələsgərin obrazı hərətərəfli əks olunub. Onu da qeyd edim ki, solaxay olub deyə sazı sağ tərəfdə tutub".
Heykəlin rəngi barədə isə Natiq Əliyev vurğulayıb ki, heç bir əlavə boyadan istifadə edilməyib, heykəl təmiz bürüncdən hazırlanıb: "Materiala rəng qatqısı olmayıb. Ümumiyyətlə, bürüncə rəng vurmaq olmaz. Heykəlin rəngi yavaş-yavaş tündləşməyə doğru gedəcək. Vaxtaşırı qulluq tələb olunur ki, keyfiyyətini saxlasın. Bütün hallarda, nə qarda, nə yağışda rəngi qaralacaq, minilliklərdir istifadə olunan materialdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
XƏBƏR LENTİ
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərcləri nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı





