Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xüsusilə diqqətçəkən məqam investisiya gündəliyinin artıq əsasən neft-qaz sektoru ətrafında formalaşmamasıdır. Forumda Orta Dəhliz, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, yaşıl enerji, kapital bazarları, aqrobiznes və kritik xammal kimi istiqamətlərin müzakirə edilməsi Azərbaycanın xarici kapitalı qeyri-neft sektoruna yönəltmək strategiyasını göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Əyyub Kərimli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqda deyib.
"Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələri imzalandı. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Göründüyü kimi, əsas məsələ forumların yalnız müzakirə platforması olaraq qalmaması, imzalanan sənədlərin real investisiyaya, yeni istehsal müəssisələrinə, ixrac imkanlarına və iş yerlərinə çevrilməsidir.
Hesab edirəm ki, Azərbaycanın hazırkı mərhələdə əsas üstünlüklərindən biri coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək imkanının artmasıdır. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu şəraitdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yalnız tranzit ölkə kimi deyil, logistika, istehsal, enerji və investisiya mərkəzi kimi mövqeyini gücləndirə bilər.
Növbəti mərhələdə əsas hədəf ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmini artırmaqla yanaşı, onların strukturunu dəyişmək olmalıdır. Daha çox kapital qeyri-neft sənayesinə, emala, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönələrsə, bunun iqtisadiyyat üçün multiplikativ təsiri daha böyük olacaq.
Yəni Bakı forumunun iqtisadi əhəmiyyətini bir cümlə ilə ifadə etsək, Azərbaycan artıq investora yalnız enerji resursları deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi bağlantı, istehsal və logistika platforması təklif etməyə çalışır", - deyə ekspert vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı
-
Bakıda restorandakı yanğın söndürüldü - (Yenilənib/Video)
-
Şəkərli diabet: erkən diaqnostikadan müasir müalicə üsullarına qədər - (Foto)
-
Can Yamanın yeni görünüşü təəccübləndirdi - (Video)
-
Dream Group International və iTicket Production arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalanıb - (Foto)
-
Tolik məşhur türk serialının çəkildiyi məkanda - (Foto)
-
Romelu Lukaku millidən getdi
-
“Bossların bossu” öldü
-
Neymar hamilə xanımına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
İngiltərə tarix yazdı: İspaniyanın 43 oyunluq seriyasına son qoydu
-
Nəsimi Musayevdən xəbər var
-
Bakıda ərini yandıran qadın saxlanıldı
-
Günel Ələkbərova: "Yazırlar ki, Oqtayın ailəsini dağıtmışam, neçə ildir bir yerdəyik"
-
Qara dənizdə yük gəmisi batır
-
Əhaliyə şad xəbər - Minimum əməkhaqqı bu qədər olacaq
-
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildi
-
Dəniz qırağı ilə gedən avtobusun marşrutu dəyişdirildi (Video)
-
Elariz ABŞ-dəki qazancından danışdı
-
Luka Modriç Messinin rekordunu təkrarladı
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb





