İran

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

27 Sentyabr 2026 18:26
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir, onların hərbi təcavüzünün baş verəcəyi təqdirdə bütün region daha da irimiqyaslı münaqişəyə qərq olacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiya bəyan edib.

"Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar", - deyə o, qeyd edib.

Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır.

"Bizim mənəvi-psixoloji hazırlığımız var, biz təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik.

Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq, region ölkələri isə daha çox zərər çəkəcəklər", - deyə Əkrəminiya fikrini yekunlaşdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.