Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, görkəmli maarifçi və milli mədəniyyətimizin böyük siması Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr olunmuş təntənəli konsert Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.
Musiqi gecəsi Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təşkil olunub.
Tədbir Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına daxil olub.
Musiqi axşamı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca tamaşaçılara Azərbaycan vədünya klassiklərinin əsərlərindən ibarət zəngin və rəngarəngkonsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti Fidan Hacıyeva, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin yetirmələri, eləcə də müxtəlif təhsil ocaqlarınıtəmsil edən istedadlı gənc ifaçılar iştirak ediblər.
Gecənin xüsusi rəngarəngliyini Fidan Hacıyevanın təşəbbüsü iləyaradılmış "Mezzo" uşaq xoru və "Mezzo" qadın kamera orkestritəmin edib. Gənc istedadların çıxışları yüksək peşəkarlıq, musiqiyəsevgi və milli ifaçılıq ənənələrinə bağlılıq ilə yadda qalıb.
Gecənin aparıcısı Banu Əlibəyli olub.
Tədbir zamanı Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqisininformalaşması və inkişafında misilsiz tarixi rolu xüsusi vurğulanıb.Dahi bəstəkarın zəngin yaradıcılıq irsi bu gün də Azərbaycanmədəniyyətinin mənəvi dayaqlarından biri, milli musiqiməktəbimizin əbədi xəzinəsi kimi yaşayır və yeni nəsillərə ilhamverir.
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı Xalq artistinin50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunub.
Azərbaycan tarixində ilk dəfə olaraq klassik sənətin bu miqyasdafestivalı üç ay müddətində - 7 sentyabrdan 7 dekabradək davamedir. Festival çərçivəsində Bakıda və Azərbaycanın müxtəlifbölgələrində, həmçinin Paris, London, Milan və Minsk şəhərlərində 30-a yaxın musiqi və mədəniyyət tədbirininkeçirilməsi nəzərdə tutulub.
Festivalın əsas istiqamətlərindən birini "Gənc səslər gələcəyəsəslənir" layihəsi təşkil edir. Layihə çərçivəsində gənc ifaçılarınsolo konsertləri, birgə çıxışları, vokal gecələri və ustad dərslərikeçirilir.
Üç aylıq festivalın möhtəşəm yekunu dekabrın 7-də Heydər ƏliyevSarayında keçiriləcək "Karmen. Sənətkarın həyatının yarım əsri"adlı qala-konsert olacaq.
Gecədə musiqi müşayiətini Xalq artisti Yalçın Adıgözəlovundirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri həyatakeçirəcək. Tanınmış İspaniya flamenko qrupunun iştirakı isə qala-konsertə xüsusi sənət ab-havası bəxş edəcək.
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)





