Şou-biznes

Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)

21 Sentyabr 2026 17:30
Baxış: 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabında paylaşdığı videoda üzərində Aygün Kazımovanın müxtəlif fotoları olan avtomobili nümayiş etdirib.

Görüntülərdə avtomobilin demək olar ki, bütün yan hissələrinin və arxa bölümünün pop divanın fotoları ilə örtüldüyü görünür.

Aygün Kazımovaya həsr olunan qeyri-adi avtomobil şəhər küçələrində hərəkət edərkən ətrafdakıların da diqqətini çəkib. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.