Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)

21 Sentyabr 2026 17:50

Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, görkəmli maarifçi və milli mədəniyyətimizin böyük siması Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr olunmuş təntənəli konsert Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.

Musiqi gecəsi Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təşkil olunub.

Tədbir Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına daxil olub.

Musiqi axşamı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca tamaşaçılara Azərbaycan vədünya klassiklərinin əsərlərindən ibarət zəngin və rəngarəngkonsert proqramı təqdim olunub.

Konsertdə Xalq artisti Fidan Hacıyeva, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin yetirmələri, eləcə də müxtəlif təhsil ocaqlarınıtəmsil edən istedadlı gənc ifaçılar iştirak ediblər.

Gecənin xüsusi rəngarəngliyini Fidan Hacıyevanın təşəbbüsü iləyaradılmış "Mezzo" uşaq xoru və "Mezzo" qadın kamera orkestritəmin edib. Gənc istedadların çıxışları yüksək peşəkarlıq, musiqiyəsevgi və milli ifaçılıq ənənələrinə bağlılıq ilə yadda qalıb.

Gecənin aparıcısı Banu Əlibəyli olub.

Tədbir zamanı Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqisininformalaşması və inkişafında misilsiz tarixi rolu xüsusi vurğulanıb.Dahi bəstəkarın zəngin yaradıcılıq irsi bu gün də Azərbaycanmədəniyyətinin mənəvi dayaqlarından biri, milli musiqiməktəbimizin əbədi xəzinəsi kimi yaşayır və yeni nəsillərə ilhamverir.

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı Xalq artistinin50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunub.

Azərbaycan tarixində ilk dəfə olaraq klassik sənətin bu miqyasdafestivalı üç ay müddətində - 7 sentyabrdan 7 dekabradək davamedir. Festival çərçivəsində Bakıda və Azərbaycanın müxtəlifbölgələrində, həmçinin Paris, London, Milan və Minsk şəhərlərində 30-a yaxın musiqi və mədəniyyət tədbirininkeçirilməsi nəzərdə tutulub.

Festivalın əsas istiqamətlərindən birini "Gənc səslər gələcəyəsəslənir" layihəsi təşkil edir. Layihə çərçivəsində gənc ifaçılarınsolo konsertləri, birgə çıxışları, vokal gecələri və ustad dərslərikeçirilir.

Üç aylıq festivalın möhtəşəm yekunu dekabrın 7-də Heydər ƏliyevSarayında keçiriləcək "Karmen. Sənətkarın həyatının yarım əsri"adlı qala-konsert olacaq.

Gecədə musiqi müşayiətini Xalq artisti Yalçın Adıgözəlovundirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri həyatakeçirəcək. Tanınmış İspaniya flamenko qrupunun iştirakı isə qala-konsertə xüsusi sənət ab-havası bəxş edəcək.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.