Şou-biznes

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21 Sentyabr 2026 19:57
Baxış: 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib.

Milli.Az xəbər verir ki, F.İbadovanın son durumu ilə bağlı Bakupost.az-a açıqlama verən meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib.

Menecerin sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir:

"Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir. Müalicəsi davam edir, həkim nəzarətindədir. Ümid edək ki, yaxşı olacaq".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.