Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali məktəbə yüksək balla qəbul olunan, lakin təhsil almaq üçün başqa şəhərə köçməli olan tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış xərcləridir. Xüsusilə Bakıda və digər böyük şəhərlərdə kirayə qiymətlərinin yüksək olması ailələr üçün əlavə maliyyə yükü yaradır.
Bəs yüksək nəticə göstərən və maddi imkanları məhdud olan tələbələrin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması və ya onlara bu məqsədlə maddi dəstək göstərilməsi mümkündürmü?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, bu məsələni müzakirə etməyə dəyər:
"Xüsusilə yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan, lakin universitet başqa şəhərdə yerləşdiyi üçün ailəsindən ayrı yaşamaq məcburiyyətində qalan tələbələrin yaşayış xərcləri ciddi yükə çevrilə bilir.
Hazırda yüksək balla ali məktəbə qəbul olunmaq bütün tələbələr üçün avtomatik olaraq kirayə haqqının dövlət tərəfindən ödənilməsi hüququ yaratmır. Bununla belə, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan müəyyən kateqoriyadan olan gənclərin təhsil , o cümlədən yataqxana imkanı olmadıqda ev kirayəsi xərclərinə dəstək göstərilməsini nəzərdə tutan mexanizmlər mövcuddur. Yəni belə bir model hüquqi və maliyyə baxımından tamamilə yad yanaşma deyil.
Mən hesab edirəm ki, bunu daha geniş və hədəflənmiş formada tətbiq etmək mümkündür. Məsələn, yüksək bal toplayaraq dövlət universitetinə qəbul olunan, daimi yaşayış yeri universitetin yerləşdiyi şəhərdən kənarda olan və ailəsinin maddi vəziyyəti müəyyən meyarlara cavab verən tələbələr üçün aylıq "yaşayış dəstəyi" müəyyən edilə bilər. Burada bütün kirayə haqqının ödənilməsi vacib deyil. Dövlət, məsələn, kirayə xərcinin müəyyən hissəsini kompensasiya edə və ya tələbəyə sabit aylıq məbləğ verə bilər.
Belə bir sistemdə əsas meyar yalnız yüksək bal olmamalıdır. Tələbənin ailəsinin gəliri, başqa şəhərdən gəlməsi, yataqxana imkanının olub-olmaması və sonrakı akademik göstəriciləri də nəzərə alınmalıdır. Əks halda, eyni yüksək balı toplayan, lakin maddi imkanları tamamilə fərqli olan iki tələbəyə eyni formada dəstək göstərilməsi sosial baxımdan ədalətli olmaz".
Ekspertin sözlərinə görə ümumiyyətlə, yüksək nəticə göstərən tələbəni yalnız universitetə qəbul olduğu gün mükafatlandırmaqla kifayətlənməməliyik.
"Hazırda ən yüksək nəticə göstərən tələbələr üçün Prezident təqaüdü də mövcuddur və onun məbləği 1 sentyabr 2025-ci ildən 350 manat müəyyən edilib. Lakin regiondan Bakıya və ya başqa böyük şəhərə gələn tələbə üçün əsas problemlərdən biri məhz yaşayışdır.
Uzunmüddətli həll isə tələbə yataqxanalarının sayının artırılmasıdır. Dövlət universitetlərinin kifayət qədər və münasib qiymətli yataqxana fondu olarsa, kirayə kompensasiyasına ehtiyac da xeyli azalacaq. Yataqxana çatışmazlığı aradan qaldırılanadək isə aztəminatlı və yüksək nəticə göstərən tələbələr üçün kirayə və ya yaşayış subsidiyasının tətbiqi faydalı sosial dəstək mexanizmi ola bilər".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
XƏBƏR LENTİ
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi





