Cəmiyyət

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

22 Sentyabr 2026 11:59
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya alimləri Xəzər hövzəsində iki yeni xul balığı növü aşkar ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmi Fondunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni növlər Azərbaycanın və Qazaxıstanın sahilləri yaxınlığında, eləcə də Volqa deltasında və Şərqi Manyç çayında müəyyən edilib.

Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül Problemləri İnstitutunun mütəxəssislərinin apardığı genetik analiz nəticəsində məlum olub ki, Xəzər dənizində iki deyil, üç növ iribaş xul, Xəzər hövzəsində isə əvvəllər məlum olan altı növ əvəzinə ən azı yeddi növ mərmər xul yaşayır.

Yeni növlərdən birinə Xəzər "puqolovka"sı (çömçəbalığı) adı verilib. Bu növ Qazaxıstan sahillərində aşkar edilib. Hazırda alimlər həmin balığın yalnız iki fərdini müəyyən edə biliblər.

İkinci yeni növ isə skif mərmər xulu adlandırılıb. Genetik araşdırmalar bu növün Qara dənizdə yaşayan xul növləri ilə qohumluğunu ortaya çıxarıb.

Alimlərin sözlərinə görə, bu, təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında əlaqənin mövcud olduğuna dair göstəricidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.