Türkiyə

Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)

22 Sentyabr 2026 11:08
Baxış: 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücumdan sonra ərazidən ilk görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, hadisədən sonra şagirdlərin valideynləri övladlarının vəziyyətini öyrənmək üçün məktəbin qarşısına toplaşıblar.

Hücumu törətməkdə şübhəli bilinən şəxsin görüntüləri də yayılıb. Kadrlarda onun məktəbə yaxınlaşdığı, daha sonra isə hadisə yerindən qaçdığı görünür.

Hazırda şübhəlinin axtarışı və hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Turqutlunun bələdiyyə sədri Çetin Akın hücum nəticəsində 1 nəfərin həlak olduğunu, daha 4 nəfərin isə yaralandığını bildirib. Hadisəni törədən şəxs saxlanılıb. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.