Türkiyə

Ərdoğan ABŞ-yə getdi

21 Sentyabr 2026 00:25
Baxış: 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkda keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ABŞ-yə səfər edib.

Milli.Az xəbər verir ki, Ərdoğan sentyabrın 22-də "Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı" mövzusunda keçiriləcək Baş Assambleyanın ümumi müzakirələrində çıxış edəcək.

Türkiyə Prezidenti BMT Baş Assambleyasının ilk günündə liderlərin çıxışları proqramında dördüncü çıxış edən olacaq. Bu, Ərdoğanın BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.

Səfər çərçivəsində Ərdoğanın dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Türkiyə Prezidenti sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.