Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ruh sağlamlığınıza diqqət yetirə bilmək üçün zaman-zaman geri çəkilib özünüzü müşahidə etməli və həyatınızda nələrin dəyişdiyini fərq etməlisiniz. Bəzi əlamətlər ruhsal cəhətdən yaxşı olmadığınızı anlamanıza kömək edə bilər.
Milli.Az xəbər verir ki, ruh sağlamlığındakı pisləşmə ani şəkildə ortaya çıxa biləcəyi kimi, zamanla tədricən də inkişaf edə bilər. Xüsusilə tədricən baş verən dəyişikliklərin fərqinə varmaq çətin olduğu üçün gözdən qaça bilər. Ruh sağlamlığının pisləşdiyini göstərən əlamətlər hər kəs üçün eyni olmaya bilər; insanın yaşadıqları problemlərdən və şəraitdən asılı olaraq müxtəlif formalarda büruzə verə bilər.
Buna görə də vəziyyət ciddi həddə çatmasını gözləmədən, özünüzdə müşahidə etdiyiniz dəyişiklikləri nəzərə almaq vacibdir. Psixoterapist Bobbi Benks "Bir şeylərin səhv olduğunu hiss edirsinizsə, bunu nəzərdən qaçırmayın" deyir. Benksin fikrincə, uzun müddətdir özünüzü yaxşı hiss etmirsinizsə, bu durum ruh sağlamlığınızı və özünə qulluq vərdişlərinizi yenidən qiymətləndirməyiniz lazım olduğuna işarə edə bilər. Psixoterapist ruh sağlamlığındakı pozulma əlamətlərini erkən fərq etməyin və lazım gəldikdə sürətli şəkildə dəstək almanın vacibliyini vurğulayır. Gündəlik həyatda baş verən kiçik dəyişikliklər belə insanın mütəxəssisə müraciət etməli olduğunu göstərə bilər.
Ruh sağlamlığının pisləşdiyini göstərən başlıca əlamətlər:
Dostlarınızdan və ailənizdən uzaqlaşırsınızsa: Şüurlu və ya şüursuz şəkildə ətrafınızdakılarla daha az ünsiyyət qurmağa, görüşləri və sosial tədbirləri geri çevirməyə başlamısınızsa, bu vəziyyət diqqət yetirilməli olan dəyişiklik ola bilər.
Yataqdan qalxmaq və gündəlik işləri görmək çətinləşibsə: Ev işlərini yerinə yetirmək, yataqdan qalxmaq və ya duş almaq kimi gündəlik fəaliyyətlər normaldakından daha çətin hala gələ bilər. Çox yatmaq və ya kifayət qədər yata bilməmək, həmçinin buna müşayiət edən enerji itkisi də ruh sağlamlığındakı problemlərin əlamətləri sırasındadır.
Özünüzü daim narahat, depressiv və ya ümidsiz hiss edirsinizsə: Uzun müddət davam edən təşviş, çöküntü və ya ümidsizlik duyğuları gözdən qaçırılmamalıdır.
İştahınız və ya çəkiniz nəzərəçarpacaq dərəcədə dəyişibsə: Qidalanma vərdişlərində və buna bağlı olaraq çəkidə baş verən əhəmiyyətli dəyişikliklər də ruhsal durumdakı dəyişikliklərlə əlaqədar ola bilər.
Ruh halınızda ani dəyişikliklər müşahidə edirsinizsə: Normaldan çox daha tez-tez və ya kəskin şəkildə dəyişən əhval-ruhiyyə izlənilməli olan işarələrdən biridir.
Diqqətinizi cəmləməkdə və ya qərar verməkdə çətinlik çəkirsinizsə: Gündəlik işlərə fokuslanmaq, hər hansı bir mövzu üzərində düşünmək və ya sadə qərarlar almaq əvvəlkindən daha çətin hala gəlibsə, bu dəyişikliyi nəzərə almaq lazımdır.
Əvvəllər zövq aldığınız şeylərə marağınızı itirmisinizsə: Keçmişdə sizə xoşbəxtlik və ya həzz verən fəaliyyətlərin artıq eyni duyğunu yaratmaması və ümumi motivasiya itkisi yaşamağınız mühüm əlamətdir.
Özünüzü tükənmiş, uzaqlaşmış və ya ləngimiş hiss edirsinizsə: Bu hisslər iş həyatında, tək olanda və ya sosial münasibətlər zamanı ortaya çıxa bilər. Gündəlik həyatın ümumi axarında özünüzü əvvəlkindən fərqli hiss etməyiniz ruhsal durumunuzu yenidən gözdən keçirməniz üçün bir səbəbdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
XƏBƏR LENTİ
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)





