"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə onlayn alış-veriş zamanı vətəndaşlara süni intellektlə hazırlanmış saxta ödəniş qəbzlərinin göndərildiyi barədə məlumatlar yayılır.
Bəs saxta qəbzi həqiqisindən necə ayırmaq olar? Vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?
Milli.Az Trend-ə istinadən xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, dələduzlar bank tətbiqində hazırlanmış kimi görünən saxta qəbz və ya ekran görüntüsü göndərərək vətəndaşları pulun kartlarına köçürüldüyünə inandırmağa çalışırlar. Halbuki heç bir ödəniş həyata keçirilməmiş ola bilər.
"Qəbz və ya ekran görüntüsü pulun hesaba daxil olmasının sübutu deyil. Qarşı tərəf nə qədər inandırıcı sənəd göndərsə də, ödəniş şəxsin öz bank hesabında yoxlanılmalıdır. Bankın mobil tətbiqində kartın balansına və əməliyyat tarixçəsinə baxmaq, vəsaitin həqiqətən daxil olduğunu təsdiqləmək lazımdır. Təkcə SMS bildirişinə və ya göndərilən şəklə etibar etmək düzgün deyil", - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, pul hesabda görünmürsə, qarşı tərəfin "köçürmə gecikir", "bank sistemi işləmir" və ya "bir azdan hesaba düşəcək" kimi sözlərinə əsaslanaraq məhsulu təhvil vermək, xidmət göstərmək və ya pul qaytarmaq olmaz. Əməliyyat yalnız vəsait hesaba faktiki daxil olduqdan sonra davam etdirilməlidir.
Ekspert həmçinin vətəndaşları kartın PIN və CVV/CVC kodlarını, mobil bankçılıq şifrəsini, eləcə də SMS-lə gələn təsdiq kodlarını digər şəxslərlə paylaşmamağa çağırıb.
"Şübhəli vəziyyət yarandıqda əməliyyatı dayandırmaq, bankla əlaqə saxlamaq və zərurət olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əsas qayda sadədir: qəbzə deyil, öz bank hesabınızdakı real əməliyyata etibar edin", - deyə o əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)





