Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrə millisinin və İngiltərənin "Sanderlend" klubunun futbolçusu Qranit Caka saxta COVID-19 vaksinasiyası arayışından istifadə etdiyini etiraf edib. Bu açıqlamadan sonra yarımmüdafiəçi milli komandanın qarşıdakı oyunlarından kənarda qalıb.
Milli.Az-ın məlumatına görə, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti açıqlama yayıb.
Qranit Caka bildirib ki, həmin dövrdə COVID-19 vaksinasiyası ilə bağlı ciddi narahatlıq keçirib. O, peyvəndə qarşı inamsız olduğunu və qorxu yaşadığını söyləyib. Futbolçu saxta arayışdan istifadə etməsini səhv addım kimi qiymətləndirərək məsuliyyəti qəbul etdiyini vurğulayıb.
İsveçrə Futbol İttifaqının prezidenti Peter Knabel futbolçunun baş verənlərlə bağlı məsuliyyəti üzərinə götürməsini müsbət hal kimi dəyərləndirib. Tərəflər arasında əldə olunan razılığa əsasən, Qranit Caka növbəti qarşılaşmalarda İsveçrə millisinin heyətində olmayacaq.
İsveçrə yığması Millətlər Liqasının növbəti matçında sentyabrın 26-da Şimali Makedoniya seçməsinin qonağı olacaq.
Qeyd edək ki, Qranit Caka klub karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Bayer 04", həmçinin İngiltərənin "Arsenal" komandalarının formasını geyinib.
2011-ci ildən İsveçrə millisində çıxış edən 33 yaşlı futbolçu milli komandanın heyətində 152 oyuna çıxıb. O, bu görüşlərdə 18 dəfə fərqlənib və 14 məhsuldar ötürmə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişlidə ağır qəza: Ölənlər var
-
“Nvidia”nın rəhbəri xəyanətə görə üzr istədi
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - (Foto)
-
“Yaprak Dökümü”nün aktrisası illər sonra - (Foto)
-
Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Gülüstan Əliyeva: "Xanım məmurun dediyi sözlərdən ağlamağa başladım" - (Video)
-
Tramp: “Ümid edirəm ki, cənnətə düşəcəm"
-
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - (Foto)
-
Hadise qardaşı qızı üçün mahnı oxudu – Makiyajsız görüntüsü diqqət çəkdi - (Video)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)
-
Yaponiyada güclü zəlzələ
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
-
Elgizin bağ evinin həyətindən gündəm olan Videosu
-
Qızıl və gümüş bahalaşdı
-
"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi
-
Bank işçisi qəfil öldü
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Evdə ayaqyalın gəzməyin zərərləri





