Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı

22 Sentyabr 2026 11:00

İsveçrə millisinin və İngiltərənin "Sanderlend" klubunun futbolçusu Qranit Caka saxta COVID-19 vaksinasiyası arayışından istifadə etdiyini etiraf edib. Bu açıqlamadan sonra yarımmüdafiəçi milli komandanın qarşıdakı oyunlarından kənarda qalıb.

Milli.Az-ın məlumatına görə, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti açıqlama yayıb.

Qranit Caka bildirib ki, həmin dövrdə COVID-19 vaksinasiyası ilə bağlı ciddi narahatlıq keçirib. O, peyvəndə qarşı inamsız olduğunu və qorxu yaşadığını söyləyib. Futbolçu saxta arayışdan istifadə etməsini səhv addım kimi qiymətləndirərək məsuliyyəti qəbul etdiyini vurğulayıb.

İsveçrə Futbol İttifaqının prezidenti Peter Knabel futbolçunun baş verənlərlə bağlı məsuliyyəti üzərinə götürməsini müsbət hal kimi dəyərləndirib. Tərəflər arasında əldə olunan razılığa əsasən, Qranit Caka növbəti qarşılaşmalarda İsveçrə millisinin heyətində olmayacaq.

İsveçrə yığması Millətlər Liqasının növbəti matçında sentyabrın 26-da Şimali Makedoniya seçməsinin qonağı olacaq.

Qeyd edək ki, Qranit Caka klub karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Bayer 04", həmçinin İngiltərənin "Arsenal" komandalarının formasını geyinib.

2011-ci ildən İsveçrə millisində çıxış edən 33 yaşlı futbolçu milli komandanın heyətində 152 oyuna çıxıb. O, bu görüşlərdə 18 dəfə fərqlənib və 14 məhsuldar ötürmə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)