Qazaxda xəstəxanada yanğın baş verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib.
Milli.Az Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 22-də saat 02:15-də Qazax şəhəri Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən, 98 nəfər xəstənin müalicə aldığı ikimərtəbəli xəstəxananın mətbəxində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Müalicə alan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın nəticəsində xəstəxanaya bitişik, ümumi sahəsi 180,82 kvadratmetr olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları, həmçinin qab yuyulan, işçilər üçün nəzərdə tutulan, yemək bişirilən və xəstələrin yemək yediyi otaqlar, ərzaq anbarı yanaraq yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində xəsarət alan olmayıb.
Xəstəxanada müalicə alan xəstələrin qidalanmasının təmin edilməsi məqsədilə 5 günlük ərzaq ehtiyatı yaradılıb. Mətbəx təmir edilənədək xəstəxananın həyətində 50 nəfərlik çadır qurulub, yemək hazırlanması üçün müvəqqəti mətbəx yaradılıb.
Yanğının başvermə səbəbləri və digər hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
XƏBƏR LENTİ
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)





