Tural Məmmədov işdən çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov vəzifəsindən ayrılıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə o özü bildirib.
"Hər bir mərhələnin öz hekayəsi, hər bir yolun isə yeni başlanğıcı var. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindəki fəaliyyətimi başa vuraraq peşəkar həyatımın yeni mərhələsinə qədəm qoyuram. Bu illər ərzində ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, milli kibertəhlükəsizlik imkanlarının inkişafı istiqamətində çalışmaq mənim üçün böyük məsuliyyət və şərəf olub. Bu yolda əldə etdiyimiz uğurların təməlində güclü komanda işi, qarşılıqlı etimad, peşəkarlıq və dövlətimizə xidmət etmək amalı dayanıb.
Mənə göstərilən etimada, yaradılan imkanlara və birgə fəaliyyətimizə görə başda Xidmət rəisi cənab general-leytenant İlqar Musayev olmaqla, Xidmətin bütün rəhbər heyətinə səmimi təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm isə illər ərzində çiyin-çiyinə çalışdığım komandamadır. Birlikdə qarşılaşdığımız çətinliklər, kiberhücumlara qarşı fasiləsiz apardığımız mübarizə, hazırladığımız mürəkkəb təhlükəsizlik həlləri, həyata keçirdiyimiz layihələr və əldə etdiyimiz nəticələr hər zaman mənim üçün xüsusi dəyər daşıyacaq.
Xidmətdəki fəaliyyətim mənə, eyni zamanda, müxtəlif dövlət qurumları ilə yaxından əməkdaşlıq etmək, dəyərli peşəkar münasibətlər və dostluqlar qurmaq imkanı qazandırıb. Bu illər ərzində birgə çalışdığım bütün həmkarlarıma təşəkkür edirəm. İnanıram ki, formalaşdırdığımız qarşılıqlı etimada əsaslanan münasibətlər və dostluqlar bundan sonra da davam edəcək.
Vəzifələr və iş yerləri dəyişə bilər, lakin dövlətə xidmət etmək amalım və ölkəmizin kibertəhlükəsizliyinin inkişafına töhfə vermək əzmim dəyişməz olaraq qalır.
Peşəkar fəaliyyətimin növbəti mərhələsində də bilik və təcrübəmi ölkəmizin inkişafına, rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəltməyə davam edəcəyəm. Birlikdə keçdiyimiz yola, göstərilən etimada və qarşılıqlı dəstəyə görə hər birinizə təşəkkür edirəm!", - o, sosial şəbəkə səhifəsində qeyd edib./İqtisadiyyat.az/
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Əlövsət Polad vəfat etdi
XƏBƏR LENTİ
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib





