Dünya

Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi

22 Sentyabr 2026 14:35
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya ilə həmsərhəd olan Leninqrad vilayətinin Kingisepp və Slantsi rayonlarında komendant saatı tətbiq edib. Müxtəlif səyahət qadağalarını da əhatə edən məhdudiyyətlər 26 sentyabr tarixinə qədər qüvvədə olacaq.

Milli.Az xəbər verir ki, FTX bu tədbirlərin sərhəd pozuntularının və qanunsuz miqrasiyanın qarşısını almaq, eləcə də Çud gölünün su bioloji ehtiyatlarını qorumaq üçün görüldüyünü bildirib.

Estoniya Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi Andris Viltsin mediaya açıqlamasında deyib ki, məhdudiyyətlərdən xəbərdardırlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.