Hadisə

Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə

22 Sentyabr 2026 13:05
Baxış: 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb "Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı "Kristal Estetik" MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunması müəyyən olunub

Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda "Kristal Estetik" MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi, həmin Məcəllənin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib

Məhkəmənin qərarları ilə "Kristal Estetik" MMC İXM-nin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.