Mədəniyyət

“Qaratoxmaq qadın” tamaşasının premyerası oldu - FOTO

3 Oktyabr 2023 15:50
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 1-də görkəmli rus bəstəkar Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının tamaşası keçirildi. Üç pərdə və yeddi şəkildən ibarət opera Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazılıb.

Tamaşada əsas rollarda Xalq artistləri Fidan Hacıyeva, Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Yefim Zavalnıy və başqaları çıxış etdilər

Tamaşanın quruluşçu rejissoru Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Aleksey Smirnov, musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Qeyd edək ki, P.Çaykovskinin böyük rus şairi, yazıçı və dramaturq A.Puşkinin "Qaratoxmaq qadın" povesti əsasında yazdığı opera ilk dəfə 1890-cı ildə Peterburqda Mariinski Teatrında tamaşaya qoyulub və ötən müddətdə bir çox ölkələrin səhnələrini bəzəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.