Mədəniyyət

Aftandil İsrafilovun dəfn olunacağı YER DƏYİŞDİ - YENİLƏNİB

29 Aprel 2023 23:53
Baxış: 4 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:53

Tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhum sabah saat 12:00-da II Fəxri Xiyabanda dəfn olunacaq.

---------

14:58

Xalq artisti "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Bu barədə APA-ya sənətçinin yaxınları məlumat verib.

Sabah saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı ilə vida mərasimi olacaq.

Daha sonra mərhum saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov bu gün vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.