Mədəniyyət

Baba Vəziroğlunun həyat yoldaşı: "Mənim üçün yaş fərqi görünmür" - VİDEO

5 Aprel 2022 18:18
0 Şərh     Baxış: 4 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Qonağım ol" proqramına qatılıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı şairin həyat yoldaşı jurnalist Zəminə Rüstəmova ondan danışıb. O, Babanın çox mülayim xasiyyətli insan olduğunu bildirib:

"Yaradıcı insanla ailəli olmaq çətindir. Amma Baba müəllimin xasiyyəti çox həlimdir. Onun yanında onu tərifləmirəm. Amma başqalarının yanında deyirəm ki, nə yaxşı qarşıma Baba müəllim kimi adam çıxıb. Qismətimdən razıyam. Düzdür, insanlar üçün aramızdakı yaş fərqi görünür. Mənim üçün isə görünmür. Düşünürəm ki, əsas xarakteri vacibdir".

Qeyd edək ki, Baba Vəziroğlu ilə Zəminə Rüstəmovanın Kamal adlı övladı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.