Mədəniyyət

Gülnarə Xəlilovanın "Xarıbülbül" kolleksiyası ilk dəfə təqdim edilib - FOTO

21 Mart 2022 15:10
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novruz bayramı tədbirlər çərçivəsində Port Baku Mall-da tanınmış modelyer-dizayner, Azərbaycan milli geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" adlı kolleksiyaları təqdim olunub. "Xarıbülbül" kolleksiyası ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. Burada Qarabağ motivlərindən istifadə olunub.

"Azərbaycanda xalqımızın ənənəvi dəyərlərini özündə cəmləşdirən ən qədim, sevimli və şən Novruz bayramlarından biri qeyd olunur. İnsanlar bayram masalarını nəinki əhatə edir, hətta bu gün Novruzu parlaq və rəngarəng milli geyimdə qarşılamağa üstünlük verirlər. Xarıbülbül çiçəyi isə Şuşa və Qarabağla bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın əsl talismanıdır, 44 günlük Vətən müharibəsində Zəfərimizin Milli rəmzidir", - əvvəllər geyimlərdə və ipək şərflərdə ilk dəfə Xarıbülbül çiçəyi əks etdirən Gülnarə Xəlilova qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.