Hadisə, Kriminal

Bakıda jurnalistin maşınının şüşəsini sındırıb qarət etdilər - FOTO

6 İyul 2021 13:50
0 Şərh     Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtomobildən oğurluq edilib.

Milli.Az xəbər verir ki, naməlum şəxs "Musavat.com"un əməkdaşı İlkin Muradova məxsus "Wolksvagen Passat" markalı avtomobilin şüşəsini sındırıb. Bu barədə İ.Muradov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, hadisə bu gün paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində "Yeni Musavat" qəzetinin ofisinin qarşısında baş verib. Avtomobilin şüşəsini sındıran şəxs daha sonra içərisində sənədlər və bank kartları olan portmanatı oğurlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.