Kriminal

Rövşən Lənkəranskinin “sağ əli” azadlığa çıxdı - VİDEO

7 Sentyabr 2021 11:00
2 Şərh     Baxış: 10 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı qanuni oğru "Rufo Gəncinski" ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əldə etdiyimiz məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan "Rufo Gəncsinki" əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan "Rufo Gəncinski"nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır.

"Rufo Gəncinski"nin 2013-cü ildə Rusiyada saxlanılma anı:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.