Kriminal

Zaur azadlığa çıxdı

17 Noyabr 2025 13:20
Baxış: 1 227
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, biraz əvvəl əvvəl saxlanıldığı cəzaçəkmə müəssisəsindən azad edilib.

Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasısını günə-gün başa vurub.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.